MƏLUMAT

05.07.2017-ci il tarixdə saat 21:32 radələrində Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, “Bayıl” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektdən dəyəri 119 (yüz on doqquz) manat olan ərzaq məhsullarını oğurlamağa cəhd göstərmiş, Ağcabədi rayon sakini 2000-cü il təvəllüdlü Səfərli Ayxan Həkimxan oğlu və Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Səfərov Rəşad Həkimxan oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 8-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağli Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır.

Arxiv

06/

07/17