MƏLUMAT
22.07.2017-ci il tarixdə saat 03:41-də Mingəçevir Şəhər Mühafizə Şöbəsinin əməkdaşları şəhərin Ş.İ.Xətai küçəsində yerləşən fiziki şəxsə məxsus mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş “5+” supermarketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, marketin daxilində elektrik naqillərinin qısa qapanması nəticəsində yanğın baş verdiyini aşkar etmişlər. Bu barədə dərhal FHN-nin YMX-yə məlumat verilmiş və yanğının qarşısı vaxtında alınmışdır.