MƏLUMAT
28.07.2017-ci il tarixdə saat 17:10 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Babək prospektində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, “Bazarstore” marketdən ümumi dəyəri 50 (əlli) manat olan müxtəlif növ ərzaq mallarını oğurlamağa cəhd göstərən, Qubadlı rayonunda anadan olmuş, hal-hazırda Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan, 1985-ci il təvəllüdlü Aslanov Seymur Əbdüləzim oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 37-ci Polis Bölməsinə təhvil vermişlər. Polis Bölməsində S.Aslanovun mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə Suraxanı Rayon Polis İdarəsi tərəfindən axtarışda olduğu müəyyən edilmişdir. Faktla bağli Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsində araşdırma aparılır.