MƏLUMAT
28.07.2017-ci il tarixdə saat 03:30-də Nərimanov rayonun, H.Əliyev prospektində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, “İdeal-Doktor” aptek məntəqəsindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları aptekin giriş qapısına müdaxilə olunduğunu aşkar etmişlər. Həmin ərazidə şübhəli şəxs qismində Ağsu rayon sakini, 2000-ci il təvəllüdlü Bədəlov Əlisahib Aslan oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 16-cı Polis Bölməsinə təhvil vermişlər. Müşahidə kameralarına baxış keçirilən zaman Ə.Bədəlovun həmin obyektə müdaxilə etdiyi təsdiq olunmuşdur. Faktla bağli Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində araşdırma aparılır.