MƏLUMAT
10.08.2017-ci il tarixdə saat 03:33-də Səbail rayonu, Qurban Abbasov küşəsində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, “Vita” aptek məntəqəsindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları aptekin pəncərə şüşəsinin sındırıldığını aşkar etmişlər. Aptekdən oğurluq etməyə cəhd göstərən şəxs hadisə yerindən qaçmağa cəhd göstərən zaman polislərin çevikliyi sayəsində saxlanılaraq ərazi üzrə 8-ci Polis Bölməsinə təhvil verilib. Bölmədə aptekdən oğurluğa cəhd edən şəxsin Neftçala rayon sakini, 1997-ci il təvəllüdlü Qalib Rəhbər oğlu Abdullayev olduğu müəyyən edilib. Onun üzərindən obyektin pəncərəsini qırmaq üçün istifadə etdiyi alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Saxlanılan şəxsin obyektin pəncərəsini sındırdığı anlar video müşahidə kameraları vasitəsilə də lentə alınıb. Faktla bağli Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır.