MƏLUMAT
28.08.2017-ci il tarixdə saat 11:20 radələrində, Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun F.X.Xoyski prospekti, 887-ci məhəllə ünvanında yerləşən, “Xəzər” TM-nin daxilində yerləşən zərgərlik mağazalarından birindən qızil məmulatları oğurlamağa cəhd göstərmiş Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Yusifov Anar Qərib oğlunu ərazidə xidmət aparan DİN-in Çevik Polis Alayının əməkdaşları ilə birgə saxlayaraq 17-ci Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.