MƏLUMAT

21.09.2017-ci il tarixdə saat 21:00 radələrində Neftçala şəhərinin, Sənaye məhəlləsində yerləşən “Azevrokor” şirkətinin bir qrup əməkdaşı 1983-cü il təvəllüdlü Cəfərov Elvin Nəcəf oğlu, 1990-cı il təvəllüdlü Rəsulov Cəsarət Şükür oğlu və 1992-ci il təvəllüdlü Quluzadə Təbriz Abbasəli oğlu şirkətə məxsus müxtəlif növ inşaat materiallarını və 2 ədəd 200 litirlik su çənini oğurlayarkən həmin ərazidə xidmət aparan Neftçala Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə təhvil verilmişdir. Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Arxiv

22/

09/17