MƏLUMAT
17.10.2017-ci il tarixdə saat 14:20 radələrində Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları, Sumqayıt şəhərində yerləşən, “Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində” (ASAN) texniki nəzarət detektorundan keçərkən Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Muradov Səbuhi Müşviq oğlunun üzərindən 1 (bir) ədəd 5.45 və 8 (səkkiz) ədəd 7.62 mm-lik avtomat patronu aşkar edərək hadisə yerinə dəvət olunmuş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarına təhvil vermişlər. Faktla bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-də araşdırma aparılır.