MƏLUMAT

18.10.2017-ci il tarixdə saat 19:30 radələrində Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, Lök-batan qəsəbəsində yerləşən, qorunan ”Sədərək” ticarət mərkəzində, fiziki şəxs Ramiz Həsənova məxsus mağazadan, 2014-cü ildən bu günə qədər ümumi dəyəri 30.000 (otuz min) manat olan qab-qacaq əşyalarını oğurlamaqda şübhəli bilinən, Mingəçevir şəhər sakini, 1974-cü il təvəllüdlü Müzəffərov Adil Akif oğlunu saxlayaraq sonraki araşdırmalar aparılması üçün ərazi üzrə 10-cu Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır

Arxiv

19/

10/17