MƏLUMAT

20 oktyabr 2017-ci il tarixdə saat 03:28 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunmuş, qorunan, fiziki şəxsə məxsus “Market”dən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, oğurluq məqsədilə obyektə daxil olmuş və obyektin ön pəncərəsindən çıxıb qaçmaq istəyən, paytaxt sakini, əvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü Quluyev Fərid Abbasqulu oğlunu saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.

Arxiv

21/

10/17