Baş Mühafizə İdarəsinin yaradılmasında məqsəd – fiziki və hüquqi şəxslərə mənsub olan bütün mülkiyyət formalarında olan obyektlərin və əmlakın saxlanması yerlərinin qorunmasını haqqı ödənilmək qaydası ilə təmin edilməsi üzrə xidmətlərin göstərilməsidir. Baş Mühafizə İdarəsi (BMİ) Azərbaycan Daxili İşlər Nazirliyinin nəzdində olub, Nazirliyin özünümaliyyələşdirmə və vergi ödəyicisi olan yeganə bölməsidir. Hal-hazırda idarəyə rəhbərlik polis general-mayoru, cənab Məmmədxanlı Nurullah Abdulla oğlu tərəfindən həyata keçirilir. Baş Mühafizə İdarəsinin respublikanın bütün şəhər və rayonlarında bölmələri fəaliyyət göstərir. Baş mühafizə idarəsinin tərkibinə - bir alay, 14 idarə, 19 şöbə və 17 bölmə daxildir.