MƏLUMAT
27.12.2017-ci il tarixdə gecənin ikinci yarısı saat 04:59 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, fiziki şəxsə məxsus “Avto ehtiyyat hissələri” mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gələn Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektin giriş qapısına müdaxilə olunduğunu aşkar etmişlər. Obyektin giriş qapısına oğurluq məqsədi ilə müdaxilə edən şəxslər hadisə yerindən qaçmaq istəyərkən polislərin çevikliyi sayəsində saxlanılaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 16-cı Polis Bölməsinə təhvil verilib. Bölmədə obyektdən oğurluğa cəhd edən şəxslərin paytaxt sakinləri, 1992-ci il təvəllüdlü Novruzov Süleyman Həsən oğlu və 1983-cü il təvəllüdlü Qasımov Niyaz Bəxtiyar oğlu olduğu müəyyən edilib. Faktla bağli Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində araşdırma aparılır.