MƏLUMAT

26.01.2018-ci il tarixdə Tovuz Rayon Polis Şöbəsi ilə Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat axtarış tədbirləri zamanı, 05 dekabr 2017-ci il tarixdən 06 dekabr 2017-ci il tarixə keçən gecə rayonun Duz Çirdaxan kəndində yerləşən M.Mehdiyevə məxsus çayxanadan 1300 manat dəyərində olan bir ədəd 106 dioqanallı “Beko” markalı televizoru oğurlayan Tovuz şəhər sakini 1997-ci il təvəllüdlü Zeyniyev Sultan İlham oğlunun olması müəyyən edilmiş və oğurlanmış televizor satdığı şəxsin evindən maddi subut kimi götürülmüşdür. Təqsirləndirilən S.Zeyniyev başqa xarakterli cinayət törətdiyi üçün hal-hazırda Gəncə 2 saylı istintaq təcridxanasında həbsdədir.

Arxiv

27/

01/18