MƏLUMAT
26.01.2018-ci il tarixdə saat 19:27 radələrində Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən, rayonun ərazisində yerləşən, qorunan “Meqastore” mağazasına məxsus ofisdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalının səbəbi yoxlanılarkən, orada kassir işləyən Xətai rayonu ərazisində yaşayan 2001-ci il təvəllüdlü Nəbiyeva Röya İslam qızı, tanışı Suraxanı rayonu ərazisində yaşayan 1993-cü il təvəllüdlü Bayramlı Vasif Yaşar oğlu ilə birgə bonus kartları vasitəsi ilə ümumi dəyəri 5700 manat olan müxtəlif növ ərzaq məhsullarını oğurlamaqda şübhəli bilindiklərinə görə obyektin mülkiyyətçisinin şikayətinə əsasən saxlanılmışlar və sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 36-cı Polis Bölməsinə təhvil verilmişlər. Faktla bağlı Xətai RPİ-nin 36-cı PB-də araşdırma aparılır.