MƏLUMAT
30.01.2018-ci il tarixdə saat 00:50 radələrində, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxsə məxsus, qorunmayan “Çinar” elektrik avadanlığı mağazasının vitrin şüşəsini sındıraraq oğurluğa cəhd edən, rayonun Yergüc kənd sakini, 1997-ci il təvəllüdlü Balacayev Tofiq Nofəl oğlunu ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Bölməsinin əməkdaşları saxlayaraq sonrakı araşdırmaların aparılması üçün Xaçmaz RPŞ-yə təhvil vermişlər.