MƏLUMAT

01.02.2018-ci il tarixdə gecənin ikinci yarısı, saat 04:40 radələrində, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən, mühafizə siqnalizasiyası sistemləri ilə təchiz olunmuş, fiziki şəxsə məxsus, “Nabran” ərzaq mağazasından Regional Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə göndərilən Xaçmaz Rayon Mühafizə Bölməsinin əməkdaşları, mağazadan bir ədəd dəyəri 47 manat olan “Jask Daniels” viski işkisi oğurlayıb qaçarkən, Köhnə Xaçmaz kənd sakini, əvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Qəribov Nahid Mirbaba oğlunu maddi subutla yaxalayaraq ərazi üzrə Polis Şöbəsinə təhvil vermişlər. Faktla bağlı araşdırma aparılır.

Arxiv

01/

02/18