MƏLUMAT
05.04.2018-ci il tarixdə saat 03:25 radələrində Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları, Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən fiziki şəxsə məxsus, texniki vasitələrin köməyi ilə mühafizə olunan “Star Elektroniks” mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, obyektin giriş qapısına müdaxilə olunduğunu aşkar etmişlər və bu vaxt obyektin daxilində oğurluğa cəhd göstərən səxs qaçmaq istəyərkən polis əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq ərazi üzrə Kəpəz RPİ-nə təhvil vermişlər. Polis İdarəsində aparılan araşdırmalar zamanı saxlanılan şəxsin, Lerik rayonunda anadan olmuş, Bakı şəhər, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 2004-cü il təvəllüdlü Şəfiyev Əbdülmehman Taptıq oğlu olduğu məlum olmuşdur. Faktla bağlı Gəncə ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.