MƏLUMAT

25.04.2018-ci il tarixdə saat 13:55 radələrində, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, qorunan “Rabitə Bank” ASC-nin “Yasamal” filialında Çin Xalq Respublikasının vətəndaşları 1988-ci il təvəllüdlü Chen Vonq Lin, 1963-cü il təvəllüdlü Lin Zhi Fanq və Rusiya Federasiyası, Dağıstan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçi saxta 18900 (on səkkiz min doqquz yüz) ABŞ dolları olan əskinazları dəyişmək istəyərkən, həmin bankda xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları, maddi subut ilə birgə saxlayaraq sonrakı araşdırmalar aparılması üçün Yasamal RPİ-nin 28-ci PB-yə təhvil vermişlər. Faktla bağlı Yasamal RPİ-nin 28-ci PB-də araşdırma aparılır.

Arxiv

25/

04/18