Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Məmmədxanlı Nurullah Abdulla oğlu

Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Məmmədxanlı Nurullah Abdulla oğlu 1964-cu ildə Balakən rayonunda anadan olmuşdur.
 
1985-ci ildə DİN-in Ali Hərbi Siyasi Məktəbini, 2001-ci ildə Moskva Dövlət Klassik Akademiyasının hüquq fakültəsini  bitirmişdir.
 
1985-cı ildən daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır.
 
Müxtəlif illərdə DİN-in Daxili Qoşunlarında bölük, tabor, qərargah rəisi, hərbi hissə komandiri, DQBİ-nin Qərargahının əməliyyat şöbəsinin rəisi, Əlahiddə Çevik Polis Alayının komandirinin 1-ci müavini, Bakı şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, Bakı şəhər BPİ rəisinin müavini vəzifələrində işləmişdir.
 
2020-ci ilin may ayında Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
 
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda – Ağdam, Zəngilan, Füzuli və Ağdərə rayonlarında gedən döyüş əməliyyatlarında iştirak edib.  
 
Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsində, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiyinə və xidməti vəzifələrinin icrasında yüksək peşəkarlıq göstərdiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. 
 
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuş, 2020-ci il 1 iyul tarixli 2135 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
 
Ailəlidir, iki övladı var.