MƏLUMAT
13.01.2019-cu il tarixdə saat 21:00 radələrində Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları, “Nizami” məqbərəsinin ərazisində istismar olunan su artezian quyusunun dəmir borusunu motoroller tipli nəqliyyat vasitəsinə yükləyib oğurluğa cəhd göstərərkən, Gədəbəy rayon sakinləri 1992-ci il təvəllüdlü Abbasov Eyvaz Zahid oğlu və 1996-cı il təvəllüdlü Abbasov Elməddin İlham oğlunu saxlayaraq sonrakı araşdirmalar aparılması ilə bağlı ərazi üzrə Kəpəz RPİ-nin əməkdaşlarına təhvil vermişlər. Faktla bağlı Gəncə ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.