MƏLUMAT
11.03.2019-cu il tarixdə saat 18:00 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun M.Qaşqay küçəsində yerləşən, xüsusi texniki vasitələrin köməyi ilə qorunan “Araz” marketdən ümumi dəyəri 90 manat olan 3 (üç) ədəd spirtli içkini oğurlayan, Paytaxt sakini 1985-ci il təvəllüdlü Vəlixanov Rişad İsa oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Nəsimi RPİ-nin 21-ci PB-də araşdırma aparılır.