MƏLUMAT

05.04.2019-cu il tarixdə saat 02:42-də Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən, rayonun Ə.Vəliyev küçəsində yerləşən, texniki vasitələrin köməyi ilə mühafizə olunan fiziki şəxsə məxsus “Eleqant” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalı barədə məlumat yoxlanılarkən, obyektin giriş qapısının şüşəsini daşla sındıraraq oğurluğa cəhd göstərmiş iki nəfər şübhəli şəxs hadisə yerindən qaçmaq istəyərkən saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə təhvil verilmişdir. Polis Şöbəsində araşdırma zamanı saxlanılan şəxslərin Paytaxt sakinləri 2004-cü il təvəllüdlü Həsənov Ayxan İlham oğlu və 2003-cü il təvəllüdlü İsmayılov Şirin Qafar oğlu olduğu müəyyən edilmişdir. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində araşdırma aparılır.

Arxiv

05/

04/19