MƏLUMAT
18.04.2019-cu il tarixdə saat 19:30 radələrində Xətai rayonu, Babək prospektində yerləşən, fiziki şəxsə məxsus, avtomaşınlarin diski-təkər satışı mağazasindan ümumi dəyəri 1000 (min) manat olan iki ədəd diskləri oğurlayıb qaçarkən Paytaxt sakini, əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş,1966-cı il təvəllüdlü Babayev Etibar Xasməmməd oğlu həmin ərazidə xidmət aparan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə təhvil verilmişdir. Faktla bağlı Xətai RPİ-nin 34-cü PŞ-də araşdırma aparılır.