Mühafizə Xidməti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsini təşkil edən, ölkə ərazisində yerləşən xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin, habelə diplomatik immuniteti olan şəxslərin təhlükəsizliyinin təmin olunmasında iştirak edən müstəqil struktur hissəsidir.

Mühafizə Xidməti Daxili İşlər Nazirliyinin yeganə strukturudur ki, fəaliyyətini özünümaliyyələşdirmə prinsipi ilə həyata keçirir və mülkiyyətçilərlə bağlanmış müqavilə əsasında mühafizə xidmətlərinin göstərilməsi müqabilində alınan vəsaitlər hesabına saxlanılır.

Baş Mühafizə İdarəsinin hissələri Azərbaycanın bütün şəhər və rayonlarında fəaliyyət göstərir. Hazırda İdarənin tərkibinə 1 Polis alayı, 16 Mühafizə idarəsi, 24 şöbə və 6 bölmə daxildir. Eyni zamanda Abşeron Rayon Mühafizə İdarəsinin tərkibində Bağ Massivlərinin Mühafizəsi Bölməsi fəaliyyət göstərir.
Baş Mühafizə İdarəsinin mərkəzi aparat strukturuna isə aşağıdakı qurumlar daxildir:


- Xidmətin təşkili İdarəsi;
- Kadrlar İdarəsi;
- Təşkilati-inspektor şöbəsi;
- Texniki vasitələr şöbəsi;
- Maliyyə və təchizat şöbəsi:
- Şəxsi heyətlə iş şöbəsi
- Katiblik;
- Növbətçi hissələri idarəetmə xidməti;
- Növbətçi hissələri idarəetmə xidmətinin tərkibində Baş İdarənin inzibati binasının mühafizəsini həyata keçirən Komendant manqası fəaliyyət göstərir.