MƏLUMAT
04.05.2019-cu il tarixdə saat 18:00 radələrində Qaradağ rayonu, Lök-batan qəsəbəsində yerləşən, “Sədərək” ticarət mərkəzində, Neftçala rayon sakini F.Məmmədovaya məxsus dəyəri 372 manat olan 1 ədəd “Samsung-J2 PRİME” markali mobil telefonu cantadan oğurlayıb qaçmaq istəyərkən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Novruzov Mehman Ağamirzə oğlu ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq maddi subutla birlikdə ərazi üzrə Polis Şöbəsinə təhvil verilmişdir. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cü Polis Şöbəsində araşdırma aparılır.