MƏLUMAT
24.06.2019-cu il tarixdə saat 08:25 radələrində Salyan rayon sakini, 1980-ci il təvəllüdlü F.Tağıyeva, Salyan rayonu ərazisindən keçən Kür çayı üzərindəki körpüdən özünə intihar etmək məqsədi ilə çaya atmışdır. Həmin an ərazidə xidmət aparan Salyan Rayon Mühafizə Bölməsinin əməkdaşları özlərini Kür çayına ataraq qadını xilas edərək aidiyyəti üzrə təhvil vermişlər. Qadının hansı səbəbdən intihara cəhd etməsi Salyan Rayon Prokurorluğunda araşdırılır.