MƏLUMAT
24.06.2019-cu il tarixdə saat 10:20 radələrində Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, Lökbatan qəsəbəsində yerləşən kənd təsərrüfatı bazarında, Lənkəran rayon sakini E.Məmmədova məxsus “Vaz-2106” markala avtomobildən ümumi dəyəri 82 manat olan müxtəlif növ kənd təsərrüfatı mallarını oğurlamağa cəhd göstərmiş Salyan rayon sakini 1972-ci il təvəllüdlü Abbasov Hilal Şərifağa oğlunu saxlayaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Polis Bölməsinə təhvil vermişlər. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-də araşdırma aparılır.