Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi mülkiyyətçilərlə müqavilə əsasında fəaliyyət göstərən və mühafizə xidmətləri üçün müqavilələr üzrə alınan vəsaitlər hesabına saxlanılan, özünü maliyyələşdirən bir təşkilatdır. Həmçinin ictimai asayişin qorunması, cinəyatkarlığa qarşı mübarizə və dövlət əhəmiyyətli tədbirlərin keçirilməsində iştirak edir.

Baş Mühafizə İdarəsi tərəfindən mülkiyyətçilərə aşağıdakı xidmətlər göstərilir:

- Stasionar (polis və ya mülki mühafizə xidməti);
- Avto, moto və ya piyada marşrutla mühafizə (polis və ya mülki mühafizə xidməti);
- Mühafizə-həyacan siqnalizasiyası sistemlərinin tətbiqi ilə mərkəzləşdirilmiş qaydada mühafizə və müşahidə;
- Yüklərin, pulların və qiymətli kağızların müşayiət edilməsi (polis və ya mülki mühafizə xidməti).