Baş Mühafizə İdarəsində kadrlarla aparılan işlərə, daxili işlər orqanlarında xidmətə qəbul olunan namizədlərin seçilməsinə, əməkdaşların fiziki və peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə daim diqqət yetirilir. Bu məqsədlə xidmətə qəbula namizədlər seçilərkən onların tam və hərtərəfli öyrənilməsi təmin edilir, mənəvi və psixoloji keyfiyyətləri, fiziki və peşə hazırlığı səviyyələri əsas meyar kimi götürülür.
Mühafizə xidməti işçilərinin peşə hazırlığının təmin edilməsindən ötrü xidmətə qəbuldan sonra sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul edilən əməkdaşlar 45 gün, mülki mühafizə xidmətinə qəbul olunanlar isə 1 ay müddətində mərhələlərlə DİN-in General-leytenant A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində ilkin hazırlıq kursu keçirlər və müvafiq biliklərə yiyələndikdən sonra xidmətə buraxılırlar.