Son dövrlər Baş Mühafizə İdarəsinin və tabelliyindəki hissələrin madd-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşlara normal iş şəraitinin yaradilması və onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 1 yeni inzibatı binanın tikintisi davam etdirilir, 4 inzibatı bina isə əsaslı təmir olunmuşdur. Mühafizə hissələrinin nəqliyyat parkınin yeniləşdirilməsi istiqamətində də zəruri işlər görülmüş, bu məqsədlə 9 ədəd yeni avtomaşın alınmışdır. 2023-cü ilin 9 ayı ərzində DİN-in Baş Mühafizə İdarəsinin və tabeliyindəki strukturların fəaliyyəti barədə

M Ə L U M A T

2023-cü ilin 9 ayı ərzində Baş Mühafizə İdarəsinin tabeliyindəki 1 Polis alayı, 17 Mühafizə İdarəsi, 27 şöbə və 3 mühafizə bölməsinin qüvvəsi ilə dövlət və özəl mülkiyyətə məxsus 26551 obyekt, o cümlədən 8041 mənzil qorunmuş, bağlanmış müqavilələr əsasında 7700 obyektdə digər xidmət növləri göstərilmiş, qeyd olunan obyektlər üzrə mühafizənin etibarlığı 100% təmin olunmuşdur. Qorunan obyektlərin mühafizəsinə 10281 əməkdaş və mülki işçi, o cümlədən 402 zabit, 5807 sıravi və kiçik rəis heyəti, 4072 mülki işçi cəlb olunmuşdur. Hesabat dövründə qorunan obyektlərin sayı 134, dıgər xidmət növünün göstərilməsinə dair bağlanmış müqavilənin sayı isə 310 vahid artmışdır. İdarəetmənin təkmilləşdirilməsi ilə bağlı görülmüş işlərin nəticəsində ilin əvvəli ilə müqayisədə zabit ştatlarının sayı 23 vahid artmışdır. Mərkəzləşdirilmiş mühafizə məntəqələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilmiş zəruri tədbirlər nəticəsində bu sistemlə qorunan obyekt və mənzillərin sayı 42 vahid artırılmış, məntəqələrə qoşulan obyektlərin ümumi sayı 22464, o cümlədən mənzillərin sayı 8028 vahid təşkil etmişdir. Respublikanın digər şəhər və rayonlarında mərkəzləşdirilmiş mühafizənin təşkili istiqamətində tədbirlər davam etdirilir, paytaxt da daxil olmaqla respublikanın 56 şəhər, rayon və qəsəbələrində obyekt və mənzillərə texniki vasitələrin köməyi ilə mühafizə xidməti göstərilir. 

Cari ilin 9 ayı ərzində texniki vasitələrin köməyi ilə qorunan 74 obyektdə, o cümlədən 13 mənzildə oğurluq hadisəsinin qarşısı alınmış, 27 fakt üzrə 28 nəfər hadisə yerində, onlardan 3-ü mənzillərdə yaxalanmışdır. Eyni zamanda “həyacan” siqnalizasiya sistemlərinin köməyi ilə 104 obyektdə digər cinayət hadisələrinin qarşısının alınması və ictimai qaydanın pozulmasına görə 122 nəfər saxlanılmış və sonrakı araşdırmaların aparılması üçün aidiyyəti üzrə polis orqanlarına təhvil verilmişdir. Ümumilikdə isə hesabat dövründə qorunan obyektlərdən 74 oğurluq hadisəsinin qarşısı alınaraq 54, digər 97 cinayətin qarşısı alınaraq 107, axtarışda olan 16, ictimai qayda pozuntusuna görə isə 665 nəfər saxlanılmışdır. Görülmüş profilaktiki tədbirlər nəticəsində 5 müxtəlif çaplı odlu silah və 2919 ədəd döyüş sursatı aşkar edilərək ərazi polis orqanlarına təhvil verilmişdir. Bu müddət ərzində 26 yanğın hadisəsinin qarşısı alınmışdır. Vətəndaşların müraciətinə baxılması va onların qəbuli işi diqqət mərkəzində saxlanılmış, 9 ay ərzində ümumilikdə 6252, o cümlədən Baş İdarədə 2885 müraciətə baxılmış, müxtəlif məsələlərlə əlaqədar 35 vətəndaş Baş İdarə rəhbərliyinin, 1499 vətəndaş isə mühafizə hissələri rəislərinin qəbulunda olmuşdur.